Ödəniş şərtləri, Geri ödəmə və Məxfilik

Ödəniş şərtləri, Geri ödəmə və Məxfilik

Şirkətimizdən onlayn şəkildə təlim aldığı andan  müştəri aşağıdakı yazılı maddələri eynilə qəbul etmiş sayılır.

VALİDİ DÖNƏMİ

Şirkətimiz Hoffman Co səhifəsində yer alan məhsulların və ya xidmətlərin məzmun və qiymət məlumatlarını əvvəlcədən bildirmədən dəyişdirmə və qaldırma haqqına malikdir.

QİYMƏTLƏR

Satışlarımız nağd ödəniş əsasında təşkil edilir. Web səhifəmizdə iştirak edən ” $ “işarəsi olan məhsulların qiyməti ABŞ dolları  və “azn (AZN)” işarəsi isə Azrəbaycan manatı cinsindəndir. 

VALYUTA

Xarici valyutada göstərilən qiymətlərin AZN ekvivalentləri; fakturanın tarixində CBAR məzənnə əsasında hesablanır. Bu hesablamaya görə faturalandırılır.

ÖDƏMƏ

Ödəmələr debet, kod və ya kredit kartı ilə həyata keçirilir.

Ödənişlər bir başa Hoffman Co üzərində olmur. Yönləndirmə ilə, əməkdaş bankın (PASHABANK) səhifəsi üzərində heyata keçir.

Bütün ödənişlər zamanı istifadəçinin kart məlumatları Hoffman Co şirkətində saxlanılmır.

TƏLİM QARANTİ ŞƏRTLƏRİ

Hoffmantrustco.com-dan alınan bütün təlimlərə zəmanət verir.

ÖDƏMƏ QAYTARILMASI / GERİ QAYTARILMASI  ŞƏRTLƏRİ

Alınmış Təlim üçün müştəri 5 gün ərzində imtina verib, ödənişi tam şəkildə əldə edə bilər və ya ödənilən ödənişi müştəri digər təlimlərdə istifadə edə bilər.

MƏXFİLİK SİYASƏTİ

“hoffmantrustco.com” məxfiliyə və şəxsi həyatın toxunulmazlığı haqqında qanunlara əməl etmək öhdəliyini götürür.

Sayta daxil olub istifadə etməklə Siz bizə məlumatlarınızı verdiyinizi qəbul edirsiniz və Sizin məlumatların bu Məxfilik Siyasəti üzrə Əsasnaməsinə uyğun olaraq emal edilməsinə razılığınızı bildirirsiniz.

Əgər Məxfilik Siyasətini və aşağıda qeyd olunmuş müddəalarını qəbul etmirsinizsə, Saytı tərk etməyiniz və onun xidmətlərindən istifadə etməmək tələb olunur.

Şəxsi məlumatların toplanması

Biz Sizin şəxsi məlumatlarınızı yalnız sizin xəbəriniz olmaqla və razılığınızla toplamağa çalışırıq, və bu bir qayda olaraq, xidmətlərdən istifadə etdiyiniz, məlumatlar və ya digər xidmətlər almaq üçün qeydiyyata düşdüyünüz və yaxud bizim suallarımıza cavab verdiyiniz zaman baş verir.

Bizim toplaya biləcəyimiz şəxsi məlumatların növlərinə bunlar daxil ola bilər, məsələn, Sizin adınız, doğum tarixiniz, cinsiniz, telefon nömrəniz, elektron poçtunuzun ünvanı, yaşayış ünvanınız, habelə həyat tərziniz və qeydiyyatdan keçərkən və ya sorğu aparılarkən toplanmış istənilən digər məlumatlar. Əgər Siz bizə şəxsi məlumatlarınızı təqdim etməyə razısınızsa, bu məlumatlar onların toplanması zamanı bəyan edilmiş məqsədlər üçün istifadə ediləcək. Bu məıumatlar saytın inkişafı, istifadəçilərə daha rahat, istifadəli xidmet təklif etmək üçündür.

Cookies  siyasəti

Sayta daxil olduğunuz zaman istifadəçinin kompüterində müəyyən informasiyanı saxlamaq hüququnun olduğunu bildiririk. Bu informasiya Cookies (saytın kompüterinizdə saxladığı və ziyarətçinin veb-səyyahının hər səfərində veb səhifəni istifadə edərkən təmin etdiyi məlumat sətiri) və yaxud buna bənzər formaya malikdir və müxtəlif tapşırıqların həllində faydalı ola bilər.

Cookies-lərin köməyi ilə sizin istifadə etdiyiniz əməliyyat sistemi, brauzerin növü, brauzerdə quraşdırılmış qoşmalar, İP-adres, kompüterinizdə olan proqram təminatı və digər identifikasiya edici məlumatları əldə etmək mümkündür.

Əksər internet-brauzerlərinin köməyilə istifadəçi Cookies-i sərt diskdən silə, onların istənilən saxlanmasını bloklaşdıra və yaxud onların saxlanacağı haqqında xəbərdarlıq ala bilər. Saytın cookie emalını qəbul etmək istəməyən ziyarətçilər, brauzerlərini (veb-səyyahlarını) buna görə sayta girməmişdən öncə konfiqurasiya etməlidirlər.

Bu razılaşma hoffmantrustco.com-da olan bütün ödənişlər zamanı keçərlidir.

    Etiam magna arcu, ullamcorper ut pulvinar et, ornare sit amet ligula. Aliquam vitae bibendum lorem. Cras id dui lectus. Pellentesque nec felis tristique urna lacinia sollicitudin ac ac ex. Maecenas mattis faucibus condimentum. Curabitur imperdiet felis at est posuere bibendum. Sed quis nulla tellus.

    ADDRESS

    63739 street lorem ipsum City, Country

    PHONE

    +12 (0) 345 678 9

    EMAIL

    [email protected]

    Cart