İstifadəçi razılaşması

Ümumi

XİDMƏTLƏRİN DƏYİŞDİRİLMƏSİ  


İstifadəçi qəbul edir ki, Şirkət İstifadəçiyə əvvəlcədən heç bir bildiriş vermədən Xidmətlərin istənilən hissəsinə əlavələr etmək, istənilən hissəsini çıxarmaq və ya dəyişmək hüququnu özündə saxlayır, və bu hallarda İstifadə Şərtləri belə əlavə olunmuş və ya dəyişdirilmiş Xidmətlərə (və ya onların hər hansı hissəsinə və ya funksiyasına) tətbiq olunmağa davam edəcək.  

 ÖDƏNİŞLƏR  

İstifadəçi yalnız özünün hesabına əlavə etdiyi üçüncü tərəf olan şirkətlərə ödənişlər həyata keçirə bilər.  


Bütün ödənişlər aşağıda sadalanan plastik kartların birindən istifadə etməklə həyata keçirilməlidir: Visa, Visa Electron, MasterCard, Maestro. Əgər İstifadəçi ödəniş həyata keçirirsə, İstifadəçi qəbul edir ki, vəsaitlər İstifadəçinin kart hesabından  

göstəriş verildiyi tarixdə tutulduğuna baxmayaraq, Üçüncü Tərəf Şirkətdən asılı olmayan səbəblərdən Ödənişi İstifadəçinin müvafiq göstəriş verdiyi və ya vəsaitin tutulduğu tarixdə almaya bilər.  


Şirkət İstifadəçi ilə hər hansı Üçüncü Tərəf arasında yaranan istənilən mübahisələrə görə məsuliyyət daşımır, hətta əgər həmin Üçüncü Tərəf (i) hər hansı səbəbdən İstifadəçinin Ödənişini hesaba almırsa, (ii) İstifadəçidən hər hansı haqqın və ya cərimələrin ödənilməsini tələb edirsə və ya (iii) satın alınmış malları və ya materialları təchiz etmir və ya mallar və materiallar qeyri-müvafiqdirsə.  


İstifadəçi hər hansı Ödənişin həyata keçirilməsi üçün Şirkətə tələb olunan bütün məlumatların (hesabların nömrələri, elektron poçt ünvanları və benefisiarın adları) dəqiqliyini təmin etməlidir. Şirkət əvvəlcədən heç bir bildiriş təqdim etmədən Üçüncü Tərəf dəyişiklik barədə Şirkətə məlumat verərsə və ya Şirkətin zəruri hesab etdiyi təqdirdə benefisiara dair belə məlumatı dəyişdirə bilər.  


Şirkət İstifadəçinin və ya hər hansı Ödənişin benefisiarının şaxtaçılığa, qeyri-qanuni və ya yanlış hərəkətə yol verdiyini hesab edərsə və ya hər hansı yanlışlıq və ya səhv meydana çıxarsa, Şirkət bildiriş təqdim etmədən İstifadəçinin verdiyi və vermək niyyətində olduğu göstərişi qəbul etməyə bilər və ya ondan imtina edə bilər.  

ELEKTRON VASİTƏLƏRLƏ YAZIŞMALAR VƏ MÜQAVİLƏLƏR  


İstifadəçinin elektron vasitələrlə verdiyi və ya vermək niyyətində olduğu Şirkətin aldığı hər hansı yazışma və ya müqavilə, onun faktiki olaraq İstifadəçidən göndərilib-göndərilməməsindən asılı olmayaraq, müvafiq qaydada İstifadəçi tərəfindən səlahiyyətləndirilmiş və onun məsuliyyətində olan hesab olunur və İstifadəçi üçün məcburidir.  


İstifadəçi razılaşır ki, elektron vasitələrlə çatdırılan, alınan və ya bağlanılan istənilən yazışma və ya müqavilə imzalanmış və/və ya çatdırılmış və mövcud qanunvericiliyə uyğun olaraq “yazılı sövdələşmə” hesab olunur. İstifadəçi həmçinin razılaşır ki, yazışma və ya müqavilə elektron vasitələrlə çatdırıldığına, alındığına və ya bağlandığına görə və eləcə də “yazılı” və ya imzalanmış olmadığına və ya əlbəəl çatdırılmadığına görə heç bir belə yazışma və ya müqavilə ilə bağlı mübahisə etməyəcək.  


Bu İstifadə Şərtlərinin məqsədləri üçün, “elektron vasitələr” termini kompyuter, telefon, mobil telefon, smartfon, İnternet, elektron poçt, rəqəmli assistent (PDA), faks və ya istənilən digər telekommunikasiya və ya elektron ötürmə metodu daxil olmaqla, Şirkətin vaxtaşırı icazə verə bildiyi istənilən kommunikasiya metodu deməkdir.  

İSTİFADƏYƏ DAİR QADAĞALAR  


İstifadəçi aşağıdakılara yol verməyəcək:


          – İstifadəçi haqqında, İstifadəçinin Hesabları və ya İstifadəçinin digər maliyyə təşkilatlarında olan Hesabları haqqında heç bir yanlış, qeyri-dəqiq və ya natamam məlumat təqdim etməyəcək;  

  • Xidmətlərə qeyri-qanuni, dələduzluq, bədniyyətli və ya iftiralı məqsədlərlə daxil olmayacaq və ya onlardan istifadə etməyəcək; və ya  
  • Xidmətlərin qorunub saxlanmasına, toxunmazlığına, effektivliyinə, xoş niyyətliliyinə və ya rabitəliliyinə xələl gətirə biləcək əməllər və ya tədbirlər görməyəcək (qeyri-qanuni, dələduz, bədniyyətli və ya iftiralı və ya hər hansı digər şəxsə xələl gətirə biləcək və ya gətirən əməllər daxil olmaqla).  

MOBİL QOŞMA  


Xidmətlərə Mobil Qoşma vasitəsilə daxil olmaq və ya onlardan istifadə etmək üçün aşağıdakı qaydalar tətbiq olunur:  


İstifadəçi Mobil Qoşma istifadə etmək üçün Veb Qoşmasına daxil olmalıdır;  


İstifadəçi Mobil Qoşma vasitəsilə Veb Qoşması üzrə bütün xidmətlərə, funksiyalara, funksiyallığına, məzmuna və ya məlumatlara daxil olma hüququna malik deyil (tam Ödəniş tarixi, çeklərin çapa verilməsi, mükafatların oynanılmasının təfərrüatları və hesaba dair digər məlumatlar və İstifadəçi belə Veb Qoşması xidmətlərinə, funksiyalarına, funksionallığına, tərkibinə və məlumatına daxil olmaq üçün müntəzəm olaraq Veb Qoşmasına Mobil Qoşmadan fərqlənən texnologiya vasitəsilə daxil olmalıdır  


TƏHLÜKƏSİZLİK  

İstifadəçi özünün Parollarını hər zaman tam məxfi saxlamalıdır. İstifadəçi heç kəsə öz Parollarını açıqlamalıdır. Əgər İstifadəçi öz Parolunun kiməsə məlum olmasından şübhələnərsə və ya bu barədə xəbər tutarsa, İstifadəçi dərhal Şirkətə bu barədə məlumat verməlidir və dərhal Parolunu müvafiq qaydada dəyişməlidir. İstifadəçinin bu bənd üzrə öhdəlikləri aşağıda göstərilən istisnalardan asılıdır:  


Xidmətlər üçün İstifadəçiyə məxsus məlumatların təhlükəsizliyi İstifadəçinin normal təhlükəsiz iş qaydalarına riayət olunmasından asılıdır. İstifadəçi razılaşır ki, Xidmətlər vasitəsilə əməliyyatlar həyata keçirərkən, İstifadəçi əməliyyat həyata keçirmək məqsədilə Xidmətlər vasitəsilə ötürülən məlumatlar daxil olmamaq şərtilə, hər hansı məxfi məlumatın kimsəyə açıqlanmamasının təmin olunması üçün bütün lazımı tədbirlər görür. Buraya o cümlədən aşağıdakılar daxildir: digər insanlar İstifadəçinin kompyuter ekranını və ya Elektron Daxilolma Cihazındakı klaviaturanı görməməlidir və İstifadəçinin zəngini eşitməməlidir.  


Veb Qoşması üçün aşağıdakı əlavə təhlükəsizlik qaydaları tətbiq olunmalıdır:  

Şirkətin internet saytlarında İstifadəçinin Veb Qoşmasını necə daha təhlükəsiz edə biləcəyini və Şirkət Veb Qoşmasını necə daha təhlükəsiz etdiyini izah edən bölmələr var. İstifadəçi bu bölmələri müntəzəm olaraq oxumalıdır;  


İstifadəçi özünün Veb Qoşmasına kiminsə daxil etməsinin qabağının alınması üçün Veb Qoşması üzrə hər əməliyyatı həyata keçirdikdən sonra İstifadəçinin brauzerindən çıxmalıdır və onu bağlamalıdır;  


İstifadəçi Veb Qoşmasına daxil olmuş vəziyyətdə olduğu müddətdə İstifadəçinin Elektron Daxilolma Cihazını diqqətsiz qoymamalıdır; və  

İstifadəçi kompyuterlə iş üzrə təhlükəsizlik qaydalarına riayət etməlidir və həmin qaydalar ən azı aşağıdakılar olmalıdır: ən son virusun aşkarlanması proqramı və şəbəkələrarası ekran sistemi, əgər belə təhlükəsizlik tədbirləri İstifadəçinin Elektron Daxilolma Cihazında mövcuddursa;  

İstifadəçi Hesabda hər hansı qeyri-adi, şübhəli və ya dələduz əməl barədə məlumatlı olarsa, İstifadəçi dərhal bu barədə Şirkəti məlumatlandırmalıdır.  

İstifadəçi Xidmətlərlə bağlı Şirkətin tələb edə biləcəyi istənilən əlavə təhlükəsizlik tələblərinə riayət etməyə hazır olmalıdır.  

İSTİFADƏÇİNİN   ONLAYN   ƏMƏLİYYATLAR   ÜZRƏ   MƏLUMATLARININ  

TOPLANMASINA VƏ İSTİFADƏSİNƏ RAZILIQ  

Şirkət cookie-fayllarından və digər izlənmə texnologiyalarından istifadə etməklə İstifadəçinin onlayn əməliyyatlar və ya üçüncü tərəflərin internet saytlarında yerləşdirilən Şirkətin elanları üzrə məlumatları toplaya bilər və internet saytlarının təhlükəsizliyini təmin edə bilər. İstifadəçinin onlayn əməliyyatları üzrə məlumat və Şirkətin İstifadəçi barədə malik olduğu digər məlumatlarla birgə Şirkətin onlayn reklam kampaniyalarının effektivliyini qiymətləndirmək, internet saytının funksionallığını barədə məlumat toplamaq, İstifadəçinin maraq və ehtiyaclarını anlamaq, İstifadəçini xüsusi onlayn təcrübə ilə təmin etmək və İstifadəçini maraqlandıra biləcək məhsullar və xidmətlər barədə İstifadəçini məlumatlandırmaq üçün istifadə oluna bilər.  

Şirkət İstifadəçinin şəxsi məlumatını Azərbaycan Respublikasının şəxsi məlumatın qorunmasını təmin edən qanunlarına uyğun olaraq qəbul etməlidir, saxlamalıdır, istifadə etməlidir və pozulmamalıdır.  

11. HÜQUQLAR

Şirkət Xidmətlərin təmin olunması üçün heç bir xidmət haqqı və ya digər haqlar tələb etmir.  

Şirkətin başqa tələbi olmazsa, istənilən Ödəniş ödəmə müddətində qanuni ödəmə vasitəsi olan valyuta ilə həyata keçirilə bilər. İstifadəçi qəbul edir ki, Üçüncü Tərəflər, eləcə də banklar Elektron Daxilolma Cihazına və ya Xidmətlərdən istifadə etmək üçün xidmət təminatçısına ödənilən haqlar da daxil olmaqla müəyyən haqların ödənilməsini tələb edə bilər.  

MƏSULİYYƏT  

Bu İstifadə Şərtlərində başqa cür şərtləndirilməmişsə, Şirkət İstifadəçinin aşağıdakı səbəblərdən məruz qaldığı itkilərə, zərərlərə, gecikmələrə və ya çətinliklərə görə məsuliyyət daşımır:  

Bu İstifadə Şərtləri və ya Xidmətlər, və ya  xidmətlərlə bağlı İstifadəçi tərəfindən təqdim edilən və ya təqdim edilə biləcək istənilən göstərişlər.  

Şirkət yalnız özünün ciddi etinasızlığı (kommersiya standartları əsasında müəyyən olunmalıdır) nəticəsində İstifadəçinin məruz qaldığı itkilərə, zərərlərə, gecikmələrə və ya çətinliklərə görə məsuliyyət daşıyır.  

Şirkət heç bir halda, hətta əgər Şirkət ciddi etinasızlığa yol verərsə, iddianın əsaslandırılmasından asılı olmayaraq İstifadəçinin məruz qaldığı məlumat itkisinə və ya hər hansı dolayı, vasitəli, xüsusi, artırılmış, cərimə və ya cəza xarakterli heç bir zərərlərə görə nə bütövlüklə, nə də qismən (biznesin hər hansı yolla dayandırılması, mənfəət, məlumat, imkanlar, gəlirlər, nüfuz itkisi və ya hər hansı digər kommersiya və ya iqtisadi itki) məsuliyyət daşımır, hətta əgər Şirkət belə zərərlərin ehtimalı barədə əvvəlcədən məlumat təqdim etmişsə.  

Bundan əlavə Şirkət, heç bir halda, hətta əgər ciddi etinasızlığa yol verərsə, İstifadəçinin aşağıdakı səbəblərdən məruz qaldığı istənilən itki və ya zərərlərə görə məsuliyyət daşımır:  

Üçüncü tərəflərin fəaliyyəti, fəaliyyətsizliyi (və heç bir belə Üçüncü Tərəf Şirkətin agenti kimi fəaliyyət göstərən hesab olunmayacaq);  

(i) İstifadəçinin Şirkətə təqdim etdiyi hər hansı məlumatlarda (o cümlədən daxil olma məlumatları) və (ii) hər hansı Üçüncü Tərəfin təqdim etdiyi məlumatlarda səhvlər, xətalar, buraxılmalar, qeyri-dəqiqliklər və ya digər uyğunsuzluqlar (İstifadəçinin yeni versiyanın əldə etməməyi daxil olmaqla);  

Şirkətin nəzarətində olmayan hər hansı səbəbdən (digərlərdən savayı hər hansı sistem sıradan çıxması və ya texniki xətaları) Şirkətin İstifadəçi qarşısında öhdəsinə götürdüyü hər hansı öhdəliklərinin yerinə yetirilməməsi və ya yerinə yetirilməsində yaranan gecikmələr, səhvlər, dayanmalar;  

Xidmətlərə daxil olmaqda və ya onlardan istifadə etməkdə yaranan hər hansı gecikmələr və ya buna müvəffəq olmamaq (gecikdirilmiş haqlar kimi istənilən ödəmələr və ya İstifadəçinin Üçüncü Tərəflərə ödəməli ola biləcəyi əlavə faiz);  

İstifadəçinin Şirkətin internet saytından çıxması və hər hansı Üçüncü Tərəfin internet saytına qoşulması və ya çıxması və ya istifadəsi;  

Bu İstifadə Şərtlərinə uyğun olaraq İstifadəçinin öhdəsinə düşən təhlükəsizlik də daxil olmaqla hər hansı öhdəliklərin yerinə yetirilməməsi və ya Xidmətlərlə bağlı Şirkətin İstifadəçiyə vaxtaşırı verə biləcəyi istənilən göstərişlərin yerinə yetirilməməsi;  

Xidmətlərə daxil olmaq və onlardan istifadə etməklə əlaqədar istənilən dələduz və ya digər qanunsuz əməliyyat. İstifadəçi belə məsələlərlə bağlı onun hesabına xidmət göstərən banka müraciət etməlidir.  

Şirkətin keçirdiyi priz oynamaları nəticəsində udulan prizlərin pis vəziyyətdə olması və/və ya pis işləməsi. İstifadəçi belə məsələlərlə bağlı prizin (prizlərin) istehsalçısına müraciət etməlidir.  

Şirkətin ciddi etinasızlığı nəticəsində yaranana iddialar, xərclər və məsuliyyətlər daxil olmamaq şərtilə, İstifadəçi Şirkəti (i) İstifadəçinin Xidmətlərə daxil olması və onlardan istifadə etməsi, və ya (ii) İstifadəçi tərəfindən İstifadə Şərtlərinin pozulması nəticəsində yaranan istənilən iddialardan, xərclərdən və məsuliyyətlərdən azad edir və təhlükəsizliyini təmin edir.  

Xidmətlərlə bağlıolanhərhansışikayətlərŞirkətə göndərilməlidir( elektronünvan: [email protected]).  

13. FORS MAJOR  

Şirkət Xidmətin yerinə yetirilməməsinə görə məsuliyyət daşımır əgər belə yerinə yetirilməmə təbii fəlakət (yanğın, daşqın, zəlzələ, fırtına, qasırğa və ya digər təbii fəlakət), müharibə, işğal, xarici düşmənlərin əməlləri, döyüş əməliyyatları (müharibə elan olunmuş olub-olmamasıından asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan, inqilab, qiyam, hərbi və ya hakimiyyətin qəsb edilməsi və ya müsadirə, terrorizm əməlləri, milliləşdirmə, dövlət sanksiyası, qadağa, embarqo, əmək mübahisəsi, tətil, lokaut və elektrik təchizatının, kabel, telefon və ya Xidmətlərin yerinə yetirilməsi üçün tələb olunan digər xidmətlərin dayandırılması və ya sıradan çıxması nəticəsində baş vermişdirsə.  

MÜVƏQQƏTİ DAYANDIRMA/LƏĞV ETMƏ  

Şirkət istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən İstifadə Şərtlərini (bütövlüklə və ya qismən) dərhal ləğv edə bilər və ya müvəqqəti dayandıra bilər və ya İstifadəçinin hər hansı Xidmətlərə daxil olmasını dayandıra bilər. Şirkət belə müvəqqəti dayandırma və ya ləğv etmə nəticəsində baş verə iləcək istənilən itki və ya narahatlığa görə məsuliyyət daşımır.  

ƏQLİ MÜLKİYYƏT  

Şirkət Veb Qoşmasındakı hər bir internet səhifəsində malik olduğu bütün əqli mülkiyyət hüquqlarının sahibidir. Bura Mobil Veb Qoşmasında olan internet səhifələri daxildir. Başqa cür göstərilməmişsə, Xidmətlərə aid bütün mətnlər, şəkillər, illüstrasiyalar, proqram təminatı, HTML kodları, audio kliplər və video təsvirlər daxil olmaqla bütün əmtəə nişanları, loqolar və bütün işlər Şirkətin mülkiyyətidir, və şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadə olunan hallar istisna olmaqla baxılma, çap edilmə və ya İstifadəçinin Veb Qoşmaları ilə bağlı əməliyyatlarının elektron surətlərinin arxivləşdirilməsi da daxil olmaqla, onlar bu İstifadə Şərtlərinə və Şirkətin sonradan İstifadəçiyə verə biləcəyi göstərişlərə uyğun olaraq Şirkətin yazılı icazəsi olmadan heç bir halda nə bütövlüklə, nə də qismən yenidən düzəldilməməlidir, yüklənməməlidir, yerləşdirilməməlidir, ötürülməməlidir, paylaşdırmamalıdır və ya dəyişdirilməməlidir.  

Bu İstifadə Şərtlərində və ya Şirkətin Xidmətlərində qeyd olunanların heç biri Şirkətin işlərindən, əmtəə nişanlarından və ya loqolarından heç bir digər yolla istifadə olunması hüququnu yaradan kimi şərh edilməməlidir. 
 

TƏTBİQ OLUNAN QANUNVERİCİLİK  

Bu İstifadə Şərtlərində xüsusi olaraq qeyd olunmayan bütün məsələlər yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə tənzimlənir.  

Xidmətlərə daxil olma və ya onlardan istifadə etmə və ya bu İstifadə Şərtləri ilə bağlı hər hansı mübahisələr yarandıqda, tərəflər belə mübahisələri danışıqlar yolu ilə həll olunması üçün əlindən gələni etməlidir. 

Danışıqlar başlayan andan etibarən tərəflər mübahisələri 60(altmış) gün ərzində həll etməzsə, istənilən tərəf belə mübahisələrlə bağlı müstəsna yurisdiksiyaya malik olan Azərbaycan Respublikasının məhkəmələrinə müraciət edə bilər. 

MÜQAVİLƏNİN DİLİ  

Bu İstifadə Şərtləri Azərbaycanvə rus dillərində mövcuddur. İki dil arasında uyğunsuzluq olduğu təqdirdə, Azərbaycan dilinə üstünlük verilir.  

    Etiam magna arcu, ullamcorper ut pulvinar et, ornare sit amet ligula. Aliquam vitae bibendum lorem. Cras id dui lectus. Pellentesque nec felis tristique urna lacinia sollicitudin ac ac ex. Maecenas mattis faucibus condimentum. Curabitur imperdiet felis at est posuere bibendum. Sed quis nulla tellus.

    ADDRESS

    63739 street lorem ipsum City, Country

    PHONE

    +12 (0) 345 678 9

    EMAIL

    [email protected]

    Cart